Logo

Məktəblilər tanınmış naşirlə mütaliədən danışdılar - FOTO

11.10.2023 09:24 222 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 214 nömrəli tam orta məktəbdə keçirilib.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, layihənin budəfəki qonağı yazıçı, tərcüməçi, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu olub.

Qonaq məktəb illəri ilə bağlı xatirələrindən söz açıb, mütaliə mədəniyyətini formalaşdıran amillərdən, kitabların həyatımızdakı rolundan, ünsiyyət bacarıqlarının formalaşmasında mütaliənin müsbət təsirlərindən danışıb.

Mütaliənin ən böyük mədəniyyət olduğunu bildirən Ş.Xuduoğlu vətənpərvərlik tərbiyəsinin aşılanmasında digər təbliğat vasitələri ilə yanaşı, kitabların əhəmiyyətindən, bədii qəhrəmanların insan həyatına təsirlərindən, yeniyetmə və gənclərin ən çox maraq göstərdiyi ədəbi janrlardan, daha çox müraciət etdikləri müəlliflərdən bəhs edib. Qonaq, həmçinin vaxtın düzgün idarə olunması, mədəni mühitin formalaşmasında gənclərin rolundan söz açıb, nəsillərarası münasibətlər məsələsində tərəflərin mövqeləri barədə fikirlərini bildirib, şagirdləri düşündürən suallara aydınlıq gətirib.

Sonda qonaq məktəblilərə kitablar hədiyyə edib.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Xəbər lenti