Logo

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

10.10.2023 18:16 160 baxış
IMG

Oktyabrın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, iclasda qəbul imtahanı modelinə uyğun I və IV ixtisas qrupları üzrə sınaq imtahanları üçün kimya fənnindən hazırlanmış tapşırıqlar müzakirə olunub. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

Müzakirə nəticəsində I və IV ixtisas qrupları üzrə kimya fənnindən qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.

İşçi qrupunun növbəti iclası oktyabrın 17-də keçiriləcək.

Xəbər lenti