Logo

BDU-nun müəllimi vəfat edib

27.03.2021 23:22 920 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib.


N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb. 1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 


Allah rəhmət eləsin!

Xəbər lenti