Logo

ADNSU-da “Müasir biznes mühitində liderlik” mövzusunda təlim təşkil olunub

09.10.2023 20:25 403 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Turan Qazma və Mühəndislik” şirkəti tərəfindən “Müasir biznes mühitində liderlik” mövzusunda təlim təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

ADNSU-nun tələbə və əməkdaşlarının iştirak etdikləri təlimdə “Turan Qazma və Mühəndislik” şirkətində baş direktorun müavini Tomislav Klenkar müasir biznes mühitində liderlik anlayışı, liderlik xüsusiyyətlərinin 6 əsas prinsipi və onların sistemli təsnifatı haqqında təqdimatla çıxış edib.

Eyni zamanda, insan resurslarının idarə edilməsində biznesdə liderlik xüsusiyyətlərinin beynəlxalq təcrübəyə əsasən öyrənilməsindən və tətbiqindən danışılıb.

Xəbər lenti