Logo

DİM-də bu fənlər üzrə işçi qruplarının iclası keçirilib

09.10.2023 17:14 208 baxış
IMG

9 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının iclası keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələ “otk.az” onlayn test portalında keçiriləcək sınaq imtahanları üçün materialların müzakirəsi olub.

İclaslarda buraxılış və qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

Müzakirələr nəticəsində Azərbaycan dili və ingilis dili fənlərindən ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasından buraxılış imtahanı modelinə uyğun, informatika fənnindən isə qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.

İşçi qruplarının növbəti iclası 16 oktyabr 2023-cü il tarixində olacaq.

Xəbər lenti