Logo

Ucarda 12 yaşlı yeniyetmə intihar edib

27.03.2021 17:04 859 baxış
IMG

Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

 

Tehsil.biz  "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

 

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

 

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti