Logo

Tanınmış naşir məktəblilərlə görüşəcək

09.10.2023 12:42 149 baxış
IMG

Oktyabrın 10-da paytaxtdakı 214 nömrəli tam orta məktəbdə “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı, tərcüməçi, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, mütaliənin üstünlükləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Xəbər lenti