Logo

Tərbiyəçi-müəllim olmaq istəyənlər üçün sənəd qəbulu davam edir

09.10.2023 11:29 183 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, sənəd qəbulu mərhələsi 12 oktyabrda başa çatacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Xəbər lenti