Logo

“Şagirdlərin qiymətləndirilməsinə aid terminlər lüğəti” müzakirə olunub - FOTO

07.10.2023 17:19 461 baxış
IMG

Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutunun benefisiar olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində yaradılmış şagirdlərin qiymətləndirilməsi işçi qrupunun oktyabrın 4-6-da üçüncü təlim görüşləri keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd “Şagirdlərin qiymətləndirilməsinə aid terminlər lüğəti” layihəsini yekunlaşdırmaq, məktəbdaxili qiymətləndirmənin (MDQ) bütün növlərini araşdırmaq, formativ qiymətləndirmə üsullarını tətbiq etmək, müəllimlər üçün MDQ üzrə təlimatların struktur/konsepsiyası üzrə təklifi nəzərdən keçirmək və yekunlaşdırmaq, müəllimlər/şagirdlər üçün MDQ üzrə təlimatların məzmununu nəzərdən keçirmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək olub.

Təlimlərdə spiker qismində Maya Yukiç çıxış edib. Təlimlər zamanı iştirakçılar layihə çərçivəsində hazırlanmış “Şagirdlərin qiymətləndirilməsinə aid terminlər lüğəti”nin müzakirəsi və təkmilləşdirilməsi üzrə təkliflər təqdim edib və məktəbdaxili formativ qiymətləndirməyə aid təlimat hazırlayıblar.

Sonda iştirakçılar şagirdlərin qiymətləndirilməsinin müxtəlif aspektləri haqqında beynəlxalq təcrübənin öyrənilməsi, eyni zamanda, yeni qiymətləndirmə konsepsiyasının hazırlanmasında iştirak edərək müasir yanaşmanın tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, işçi qrup 35 nəfərdən ibarətdir.

Xəbər lenti