Logo

"Sabah” kurslarının müəllimi yol qəzasında vəfat edib

06.10.2023 10:32 521 baxış
IMG

“Sabah” kurslarının müəllimi Tahir Zeynalov vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, müəllimin ölümünə səbəb minik avtomobilinin onu vurması olub.

Hadisə gecə saatlarında Yasamal rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü Tahir Zeynalov ağır xəsarət alaraq hadisə yerində vəfat edib.

Məlumata görə, T.Zeynalov “Sabah kursları”nın müəllimi olub. O, anadan olduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilib.

Xəbər lenti