Logo

Bakıda orta məktəbin qarşısından 7 000 manatlıq büst oğurlanıb

27.03.2021 15:50 626 baxış
IMG

Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7 000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

 

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

 

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.

Xəbər lenti