Logo

Sabahdan bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

04.10.2023 12:16 335 baxış
IMG

Sabahdan məktəbəqədər təhsil müəssisələrinə (bağça) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Tehsil.biz xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 5-12 oktyabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Xəbər lenti