Logo

Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb - FOTO

04.10.2023 10:36 248 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin metodbirləşmə rəhbərləri üçün təşkil olunan illik metodik toplantılar başa çatıb.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, paytaxtın 12 rayonunu əhatə edən məktəblərin metodbirləşmə rəhbərləri ilə keçirilən görüşlərdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və TDM-in metodistləri Kunzala Həmidova, Səkinə Hüseynova, Samirə Əfəndiyeva və Çinarə Cəbrayılova çıxış ediblər.

Metodik toplantılarda müəllimlərə 2023-2024-cü tədris ilində qarşıda duran hədəflər, illik tədris planlarının tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, metodik işin səmərəli təşkili, tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib.

Xəbər lenti