Logo

Xoşbəxt Yusifzadənin dəfn yeri məlum olub

04.10.2023 09:55 183 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin dəfn yeri açıqlanıb.

"Tehsil.biz"in məlumatına görə, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi 4 oktyabr 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında - Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30-da olacaq.

O, bu gün saat 12:00-da Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə ötən gün 93 yaşında dünyasını dəyişib.

Xəbər lenti