Logo

Xoşbəxt Yusifzadə vəfat edib

03.10.2023 22:53 349 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, akademik 93 yaşında vəfat edib.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.

O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

Xəbər lenti