Logo

Türkiyəli professor Radiasiya Problemləri İnstitutunda sensor texnologiyaları ilə bağlı seminar keçirib

03.10.2023 19:47 201 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin professoru Ercan Yılmaz tərəfindən “Sensor texnologiyaları”na həsr olunmuş seminar keçirilib.

Avropa Komissiyasının maliyyələşdirdiyi “HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu” adlı layihə çərçivəsində keçirilən seminarda Radiasiya Problemləri İnstitutunun, Fizika İnstitutunun və Bolu Abant İzzet Baysal Universitetinin alimləri iştirak ediblər.

RPİ-dən bildirilib ki, seminarda professor Ercan Yılmaz yarımkeçirici sensorların hazırlanma texnologiyasından, onların müasir problemləri və tətbiq sahələri haqqında geniş məlumat verib.

Seminarın sonunda gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.

Qeyd edək ki, professor Ercan Yılmaz yarımkeçirici cihazların hazırlanması və tətbiqi sahəsi üzrə 2004-2005-ci illərdə Fransanın Henri Bekerel laboratoriyasında, 2010-2011-ci illərdə Amerikanın Kaliforniya Universitetində və 2012-2013-cü illərdə İrlandiyanın Tyndall Milli İnstitutunda işləyib, eləcə də 50-dən çox beynəlxalq və yerli qrantlarda rəhbər və iştirakçı olub.

Xəbər lenti