Logo

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi 3 istiqamətdə təlim məşğələləri elan edir - FOTO

03.10.2023 13:56 203 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi 3 istiqamətdə dərsdənkənar təlim məşğələlərinə tələbə qəbulu elan edir.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimlərdə elektronika, proqramlaşdırma və 3D modelləşdirmə istiqamətləri üzrə məşğələlər aparılacaq. İştirakçılar nəzəri-praktiki biliklərə yiyələnməklə yanaşı, müxtəlif texnoloji layihələrin hazırlanma prosesində yaxından iştirak edəcək. Təlimlərdə yalnız BDU-nun tələbələri iştirak edə bilər. Tələbələr oktyabrın 20-dək müraciət edə bilərlər.

Müraciət edən tələbələr müsabiqə əsasında seçiləcək.

Təlimlər noyabrın 1-dən başlanacaq.

Xəbər lenti