Logo

Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

03.10.2023 13:00 206 baxış
IMG

Oktyabrın 8-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Xəbər lenti