Logo

Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təlimlər keçirilir

03.10.2023 12:27 220 baxış
IMG

Oktyabrın 2-dən Bakı şəhəri və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin müdir, tərbiyəçi-müəllim və metodistləri üçün təlimlərə start verilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşma və strategiyalarla tanış etməkdir. 

Təlimlər məşğələlərin təşkili, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, guşələrlə iş və digər mövzuları əhatə edir.

Oktyabr – noyabr aylarında keçiriləcək təlimlərdə 3 000 nəfərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti