Logo

BDU və Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

03.10.2023 11:24 243 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Tehsil.biz xəbər verir ki, müqaviləni BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov və Mikolas Romeris Universitetinin akademik işlər üzrə prorektoru Regina Valutyte imzalayıb.

Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Qeyd edək ki, əsası 1990-cı ildə qoyulmuş Mikolas Romeris Universiteti Litvanın sosial elmlər üzrə ixtisaslaşan ən nüfuzlu universitetlərindən biridir. Mikolas Romeris Universiteti "QS WUR Ranking" üzrə 1001-1200-cü, "QS WUR Ranking by Subject" üzrə 201-250-ci, "QS WUR Ranking Avropa" üzrə 349-cu pillədədir.

Xəbər lenti