Logo

Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

03.10.2023 09:50 229 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 10 oktyabr 2023-cü il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirikib ki, Baş Prokurorluq tərəfindən sənədləri qəbul edilmiş namizədlər imtahanda iştirak etmək üçün 8 oktyabr saat 23:59-dək DİM-in saytında (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) qeydiyyatdan keçib ödəniş etməlidirlər.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat DİM-in saytında imtahana yazıldıqdan sonra sistem tərəfindən bildiriş formasında avtomatik təqdim olunur. 

İmtahanda iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 sentyabr 2023-cü il tarixində Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün telefon nömrələri:

437-28-56, 361-00-78, 361-00-79, 361-00-80

Xəbər lenti