Logo

UFAZ və ADNSU tələbələri PAŞA Hakatonun qalibi olub - FOTO

02.10.2023 13:37 267 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və onun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin tələbələri 29-30 sentyabr və 1 oktyabr tarixlərində keçirilmiş, 48 saat davam edən “PASHA Hackathon 3.0” müsabiqəsinin bütün mükafatlarını qazanıblar. 

Tehsil.biz xəbər verir ki, UFAZ və ADNSU tələbə və məzunlarından ibarət “Arbitrage” komandası - Emin Xəlifəyev, Kənan Qurbanov, Cavid Məmmədli (UFAZ), Aslan Məmmədrzayev, Murad Ocaqverdiyev (ADNSU) və İlya Kadikov (GUBKİN Universiteti) yarışda 1-ci yerin qalibi olaraq 6000 AZN pul mükafatı əldə ediblər.

Hakatonda 2-ci yerin qalibi ADNSU tələbələrinin “Spark” komandası - Əli Həsənli, Seymur Şıxəlızadə, Zaman Kazımov, İlham Süleymanov və Arzuman Abbasov – olublar.

UFAZ tələbələrinin üzvü olduğu “Codage” komandası - Elgün Həsənov, Fətulla Bəşirov, Orxan Qəhrəmanov, Samir Cümşüdzadə (UFAZ), Kəvsər Hüseynova (BANM) və Murad Salahlı (ADA Universiteti) – isə yarışmada 3-cü yeri tutublar. Spark və Codage komandaları müvafiq olaraq 4000 AZN və 2000 AZN pul mükafatı qazanıblar.

PAŞA Hakatonunun məqsədi tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və koderləri mövcud iş prosesindəki problemləri həll etməyə və Umico Market tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq etmək olub. 

Daha bir qürurverici məqam isə yarışın final mərhələsində iştirak edən 20 komandadan 7-nin ADNSU və UFAZ tələbələrindən ibarət olması olub.

Xəbər lenti