Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində illik qrafik üzrə seminar-müşavirə keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarda Mədəniyyət Mərkəzinin bütün filial rəhbərləri iştirak ediblər.
Seminar-müşavirənin sədri Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev filial rəhbərlərinə sənədləşmə, nizam-intizam qaydaları, oktyabr ayında qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.