Logo

İranda Səfəvilər dövrünə aid qədim sikkələr tapılıb

01.10.2023 19:41 305 baxış
IMG

İranın hüquq-mühafizə orqanları Qum əyalətində 12 qədim gümüş və mis sikkə aşkar edərək müsadirə ediblər.

"Tehsil.biz"in TASS-a istinadən məlumatına görə, onlardan bəziləri eramızdan əvvəl zərb edilib.

Bildirilir ki, Mədəni İrsin Mühafizəsi İdarəsinin bölmələri Əhəmənilər (e.ə. 705-330), Parfiya (e.ə. 246 - 227), Sasanilər (224-651) dövrünə aid 10 qədim gümüş sikkə, eləcə də Səfəvilər dövrünə aid (1501-1736) iki mis sikkə müsadirə ediblər.

Tapıntılar İranın Turizm, Mədəni İrs və Əl İşləri Nazirliyinə təhvil verilib. Onları özündə saxlayan şübhəli şəxs barəsində isə istintaq başladılıb.

Xəbər lenti