Logo

Şəhid Əfqan Nəsirova məxsus materiallar Tarix Muzeyinə təqdim edilib - FOTO

01.10.2023 17:25 218 baxış
IMG

Vətən Müharibəsi şəhidi Əfqan Nəsirova məxsus materiallar- hərbi köynək, təşəkkürnamə, Fəxri fərman, fotoşəkillər, medalların vəsiqəsinin surətləri, qol saatı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib.

Muzeydən "Tehsil.biz"​​​​​​ə verilən məlumata görə, şəhidə məxsus materiallar onun anası Kəmalə İsmayılova tərəfindən muzeyə təqdim olunub.

Əfqan Nəsirov 2001-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olub. O, 2007-2018 illərdə Bakı şəhəri 71 nömrəli orta məktəbdə təhsil alıb və 2019-cu ildə Beyləqan rayonunda hərbi xidmətdə olub.

Əfqan Nəsirov Vətən müharibəsində iştirak edib, torpaqlarımızın işğaldan azad olunması naminə düşmənə qarşı döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib və 2020-ci ilin oktyabrın ayında şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Xəbər lenti