Logo

Transmilli cinayət hüququnun nəzəri və praktiki problemlərinə dair monoqrafiya nəşr olunub

30.09.2023 18:02 334 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri hüquq elmləri doktoru, professor Şəhla Səmədovanın “Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri” monoqrafiyası nəşr edilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Monoqrafiyada transmilli cinayətlərin anlayışı və təsnifatı, beynəlxalq cinayətlərə görə məsuliyyət məsələləri tədqiq olunub, həmçinin Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq xarakterli cinayətlərlə bağlı mövcud olan nəzəri və praktiki problemlər araşdırılıb. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin transmilli cinayətlərə dair normalarının təkmilləşdirilməsinə yönəlmiş problemli məsələlərin həlli ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

Kitab hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr, transmilli cinayət hüququ üzrə ixtisaslaşan doktorantlar, magistrantlar və mütəxəssislər üçün nəzərdə tutulub.

Xəbər lenti