Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, professor Vüqar İsmayılov, elmi işçi Aidə Əsgərova və Qeyri-harmonik analiz şöbəsinin böyük elmi işçisi Əli Hüseynlinin “İki cəbr cəmi ilə ən yaxşı yaxınlaşma üçün Çebışev tipli növbələşmə teoremi” adlı məqaləsi yeni elmi araşdırmalara həsr olunub.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Məqalə Edinburq Riyaziyyat Cəmiyyətinin “Proceedings of the Edinburgh Mathematical Society” jurnalında yer alıb. Jurnal Kembric Universiteti Nəşriyyatı tərəfindən çap edilir.