Logo

Payız semestrində 4 mindən çox tələbə təhsil krediti alıb

30.09.2023 15:00 252 baxış
IMG

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, payız sessiyası ərzində 7004 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 1096 nəfərin müraciəti natamam olub, 602 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 632 nəfərin müraciətinə imtina cavabı verilib, 238 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 4436 nəfərə TTK verilib. Onların arasından 1487 nəfərin müraciəti sosial TTK, 2949 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti