Bakı Mühəndislik Universiteti fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Tehsil.biz xəbər verir ki, müsabiqə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsi, Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri və Ümumi fənlər kafedrası müdiri vəzifələrini tutmaq üçün keçirilir.
Həmin vəzifələr tutmaq istəyənlər ali məktəbə müraciət etməlidirlər.