Logo

Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi ilə bağlı pilot layihənin ikinci fazasına başlanılıb - FOTO

30.09.2023 11:01 267 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Təhsil İnstitutunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə birgə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi- II mərhələ” adlı pilot layihənin ikinci fazasına start verilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, layihənin icrasında əsas məqsəd Bakı, Lənkəran şəhərləri və Ağcabədi rayonu üzrə seçilmiş 25 ümumi təhsil müəssisəsində, eləcə də Zəngilan rayon Ağalı kənd məktəbində pilot olaraq yaradılmış uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) mexanizminin məktəblərdə daha da mənimsənilməsi, həmin məktəblərdə prosesin mütəmadi şəkildə superviziya olunması və onlara müvafiq dəstəyin göstərilməsidir.

Bu məqsədlə ilkin mərhələdə 26 pilot məktəbdə UMT komandaları ilə görüşlər təşkil olunub, mexanizmin əsas iş prinsipləri və effektiv tətbiq edilməsi üçün lazım olan qaydalar, məktəblərdən gözləntilər haqqında müzakirələr aparılıb, müdavimlərin sualları cavablandırılıb. Həmçinin mütəxəssislər tərəfindən məktəblərdə UMT sistemi ilə əlaqədar ilkin vəziyyət haqqında məlumat toplanılıb.

Qeyd edək ki, Bakı şəhəri üzrə layihəyə keçən il cəlb edilmiş 25 ümumi təhsil müəssisəsində də mütəmadi superviziya görüşlərinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti