Logo

Məktəblərdə öyrənmə mühitinin təşkilinə dair yeni metodik vəsait hazırlanıb

30.09.2023 10:40 262 baxış
IMG

Təhsil İnstitutu “Ümumtəhsil müəssisələrində öyrənmə mühitinin təşkili və idarə olunması” adlı metodik vəsait hazırlayıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, vəsaitdə ümumtəhsil məktəblərində öyrənmə mühitinin təkmilləşdirilməsi, öyrənənləri fəal öyrənməyə və tənqidi düşünməyə stimullaşdıran siniflərin ortaq xüsusiyyətləri, pedaqoji prosesin məhsuldarlığına birbaşa təsiri məsələləri təqdim olunub. Öyrədici (əşyavi mühit, informasiya mühiti, sosial-psixoloji mühit), inkişafetdirici və dəstəkləyici mühit, onun təşkilinə verilən tələblər, fiziki məkanın, sinif otağının təşkilinin təlimə təsiri məsələləri problem kimi qarşıya qoyulub.

Metodik tövsiyədən məktəb rəhbərləri, müəllimlər, metodistlər təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, doktorant və dissertantlar da istifadə edə bilərlər.

Xəbər lenti