Logo

“Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilib

29.09.2023 21:00 105 baxış
IMG

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan olunub.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, təlim Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə keçiriləcək və oktyabrın 9-dan başlayaraq 8 həftə davam edəcək.

Təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti qazanacaqlar.

İştirakçılar sertifikatla təltif olunacaq, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.

Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.14-cü yarımbəndinə əsasən təşkil olunacaq.

Qeydiyyat oktyabrın 8-nə qədər davam edəcək. Təlimə qatılmaq istəyən şəxslər tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) [email protected] ünvanına göndərə bilərlər.

Xəbər lenti