2023/2024-cü tədris ili üçün ölkə üzrə pedaqoji ixtisaslara ayrılan plan yerlərinin 30 faizi Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) payına düşür.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Qeyd olunub ki, pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin filialları arasında isə ümumi qəbul planının 76 faizi ADPU-nun filiallarının payına düşür.