Logo

BDU-da “Kosmos hüququ” mövzusunda işçi seminar keçiriləcək

29.09.2023 19:22 276 baxış
IMG

Bu il oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun tələbələri və gənc tədqiqatçıları üçün “Kosmos hüququ” mövzusunda işçi seminar təşkil olunacaq. Seminar oktyabrın 4-də BDU-nun yeni tədris binasında saat 15:00-da başlanacaq.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Seminarda Avstraliyanın Qərbi Sidney Universitetinin fəxri professoru Steven Freeland “Kosmik resurs fəaliyyətlərinin hüquqi aspektləri: Problemlər və çağırışlar” mövzusunda və Almaniyanın Köln Universitetinin Hava Hüququ, Kiber Hüquq və Kosmos Hüququ İnstitutunun direktoru, professor Stephan Hobe “Kosmik dağıntıların azaldılması və beynəlxalq ekologiya hüququ” mövzularında məruzə ilə çıxış edəcəklər.

Arzu edənlər iştirak edə bilərlər.

Xəbər lenti