Logo

BDU əməkdaşı Türkiyədə beynəlxalq konfransda çıxış edib - FOTO

29.09.2023 16:46 250 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədov Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində təşkil olunan “Gələcək nəsil üçün material elmləri və nanotexnologiyalar” adlı X beynəlxalq konfransda “Davamlı enerji yığımı üçün Nylon/Fe3O4 nanokompozit təbəqələri əsasında triboelektrik nanogeneratorun hazırlanması və icrası” mövzusunda məruzə ilə çıxış edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, O.Güləhmədov triboelektrik nanogenerator (TENG) və onun tətbiq sahələri, üstünlükləri, neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin TENG-də istifadəsi, onların elektrik xətlərinin monitorinqində öz-özünü enerji ilə təmin edən sensor kimi tətbiqi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, sentyabrın 27-dən 29-dək Türkiyənin Kayseri şəhərində keçirilən MSNG2023 konfransı dünyada nanoelmlər və nanostrukturlar sahəsində əldə olunan ən son nailiyyətlərə həsr olunub. Tədbir nanostrukturlu materiallar, nanoqurğular, kimya, fizika, mexanika, kompüter simulyasiyası, stomatoloji materiallar, biotibbi tətbiqlərin müxtəlif aspektlərini əhatə edib.

Xəbər lenti