Logo

Bakıda informasiya texnologiyaları ilə bağlı beynəlxalq konfrans keçiriləcək

29.09.2023 15:15 287 baxış
IMG

Gələn il aprelin 23-25-də Bakıda “İnformasiya texnologiyaları və onların tətbiqi mövzusunda II beynəlxalq konfrans keçiriləcək.

Tehsil.biz xəbər verir ki, tədbirin təşkilatçıları Elm və Təhsil Nazirliyi, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Polşanın Bıdqoş Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutudur.

İki gün davam edəcək tədbirin əsas məqsədi informasiya texnologiyaları və onların müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatların nəticələri müzakirə olunacaq.

Konfrans “İnşaat və memarlıqda informasiya texnologiyaları”, “Süni intellekt və onun tətbiqləri”, “Böyük verilənlərin emalı problemləri və üsulları”, “Paralel hesablama”, “Siqnalın işlənməsi problemləri və üsulları”, “Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları”, “Ağıllı” idarəetmə sistemləri”, “İntellektual informasiya sistemləri”, “Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri”, “Təhsildə informasiya texnologiyalarının tətbiq” istiqamətlərinı əhatə edəcək.

Konfrans iştirakçılarının məqalələri noyabrın 1-dək qəbul olunacaq.

Qeyd edək ki, konfrans materiallarının beynəlxalq bazalara daxil olan nüfuzlu elmi jurnallarda nəşr olunması nəzərdə tutulur.

Xəbər lenti