Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.
Bildirilib ki, seminarda Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi, dosent Həmayil Adıgözəlzadənin “АЕ Herbiq tipli HD 179218 ulduzunun qaz örtüyünün struktur-kinematık xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.
Tədqiqat işi əsasən Нβ xəttinin profillərinin tədqiqinə və onların müxtəlif zaman ərzində dəyişkənliyinin öyrənilməsinə həsr olunub. Əldə edilən nəticəyə görə, Ae tipli HD179218 ulduzunun spektrində müşahidə olunan dəyişkənlik ulduz maqnetizminin xüsusiyyətləri ilə bilavasitə əlaqədardır.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.