Logo

Türkiyəli rejissorun filmi YARAT-da nümayiş olunub

29.09.2023 13:45 97 baxış
IMG

YARAT Müasir İncəsənət Mərkəzində türk rejissor Fatih Akının ekranlaşdırdığı “Divara qarşı” filmi nümayiş olunub.

Tehsil.biz xəbər verir ki, film Almaniyada yaşayan türk mühacirlərinin keşməkeşli həyat yolundan bəhs edir.

Onlar öz doğma vətənlərindən uzaqda, qürbət diyarda yaşayırlar. Burada almanlar onları "özününkü" saymır və onlar, öz dədə-babalarının qoyduğu ənənələrə bağlılığı itiriblər. Bu, bütöv bir "itirilmiş" nəsildir. Əslən Türkiyədən olan Sibel adlı gənc xanım Hamburqda tənha həyat sürür. O, öz həyatını İslam normalarına uyğun yaşamaq istəmir; o, azad münasibətlərə, aktiv həyata və müstəqilliyə üstünlük verir. Amma ailəsinin hökmranlığından və nəzarətindən qurtulmaq üçün, öz dinindən olan Cahit adlı kişiyə ərə getməyə məcbur qalır. Zaman ötdükcə, iki insan bir-birini daha yaxşı tanımağa və get-gedə daha çox ümumi dəyərlər ətrafında birləşməyə başlayırlar.

Filmdən sonra kinorejissorlar Türkan Hüseyn və Nurlan Həsənli ilə müzakirələr aparılıb.

Xəbər lenti