Logo

BŞTİ: "Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir"

29.09.2023 13:15 193 baxış
IMG

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, 2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.

Yeni istifadəyə verilən 2 uşaq bağçasında ümumilikdə 10 qrup fəaliyyət göstərir. Uşaq bağçalarında 3-6 yaşlı 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfər işçi məşğul olur.

Xəbər lenti