Logo

Akademik Rafael Hüseynov türk dövlətləri diaspor gəncləri ilə görüşüb - FOTO

29.09.2023 12:53 186 baxış
IMG

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Diaspor Gənclərinin Birinci Forumu” keçirilib.

Bu barədə "Tehsil.biz"ə Ədəbiyyat Muzeyindən məlumat verilib.

Bildirilib ki, forumda iştirak edən və dünyanın 15 ölkəsində yaşayan nümayəndələrin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin baş direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovla görüşü baş tutub.

Akademik R.Hüseynov qonaqlar qarşısında Türk dünyası diaspor gənclərinin birliyinin bu günü və perspektivləri barədə geniş məruzə ilə çıxış edib və qonaqların çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti