Logo

AƏSMA-da “Peşəyönümlü məsləhəti” istiqamətində konsultasiyalar keçirilib - FOTO

29.09.2023 12:27 230 baxış
IMG

Sentyabrın 28-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyevin təşkilatçılığı ilə Mərkəzi Karyera filialının Karyera məsləhətçiləri Səma Abbaszadə, Sura Əzizli, Mikayıl Tağıyev tərəfindən tələbələr üçün “Peşəyönümlü məsləhəti” istiqamətində fərdi qaydada canlı konsultasiyalar keçirilib.

Bu barədə "Tehsil.biz"ə akademiyadan bildirilib.

Qeyd olunub ki, 27 nəfər tələbənin iştirak etdiyi konsultasiyada düzgün karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş axtarışı  və istək məktubun hazırlanması, müsahibəyə hazırlıq mövzuları üzrə peşəyönümlü məsləhətlər verildi və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Konsultasiya tələbələr tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti