Logo

Aktaudakı tələbələrə Azərbaycanın antiterror tədbirlərinin səbəblərindən bəhs edilib

29.09.2023 11:58 229 baxış
IMG

Qazaxıstanın Aktau şəhərində fəaliyyət gösətərən “Azərbaycan Mərkəzi” İctimai Fondu Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbələri ilə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, tədbir iştirakçılarını salamlayan “Azərbaycan Mərkəzi”nin rəhbəri İlkin Orucov Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş antiterror tədbirləri barədə ətraflı məlumat verib. Sentyabrın 19-da başlanmış bir günlük tədbirlərin keçirilməsi səbəblərindən danışan mərkəz rəhbəri Azərbaycanın süverenliyinin tam bərpa olunması münasibətilə ölkəmizi, xalqımızı və türk dünyasını təbrik edib.

Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti