Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı paylaşım edib.
Tehsil.biz xəbər verir ki, bu haqda sosial şəbəkə hesabında yazan nazir Qənirə Paşayevanın vaxtsız vəfatından çox üzüldüyünü bildirib:
"Bir neçə həftə əvvəl yanaşı oturmuşduq, Azərbaycanda təhsilin, milli kimliyin, Azərbaycan tarixinin dövlət dilində tədrisi, məktəblərdə milli mədəniyyətimizin təbliği ilə bağlı maraqlı fikir mübadiləsi apardıq. Həmin an Qənirə xanımla bir daha görüşmək imkanımızın olmayacağını heç ağlımdan belə keçirə bilməzdim. Qənirə xanım millətini və vətənini sevən bir vətəndaş idi. Allah rəhmət eləsin!"