Vəfat edən millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun qardaşı Hüseyn Paşayev məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.