Logo

Məktəbəqədər təhsil mövzusunda görüş olub

28.09.2023 19:36 370 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və metodistlərlə görüşlərə start verilib.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, Nizami rayonu 59 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən ilk görüşdə 28 bağçadan 33 nümayəndə iştirak edib.

Görüşdə Təlimə Dəstək Mərkəzinin direktoru Minarə Fərzəliyeva və TDM-in bölmə rəhbəri Fərqanə Seyidli çıxış edərək yeni tədris ili üçün qarşıda duran hədəflərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini veriblər.

Görüşdə məktəbəqədər təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühit, uşaqların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində pedaqoji liderliyin və heyətin rolu, valideynlərlə münasibətlərin tənzimlənməsində peşəkar etikanın əhəmiyyəti, aylıq tematik mövzuların planlaşdırılması və tədrisi istiqamətində müzakirələr aparılıb. Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarını maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, görüşlərin paytaxt rayonları üzrə davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti