Logo

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatına sədr seçilib

28.09.2023 18:09 230 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı Azadlıq prospekti 20 üzrə - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının seçki yığıncağı keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Professor və müəllimlərin iştirak etdikləri tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.

Şəhidlərin əziz xatirəsi yad olunub.

YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, partiyanın cəmiyyətdə mühüm rolunu vurğulayıb.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında uğurlu fəaliyyətindən, respublikamızda qazanılan nailiyyətlərdən bəhs edib.

ADNSU-nun YAP ilk təşkilatının sədr müavini, dosent Tamilla Naibova hesabat məruzəsi ilə çıxış edib. Sonra yeni sədrin - təklif olunan namizədin seçilməsi səsverməyə çıxarılıb. ADNSU-nun İKT şöbəsinin müdiri Salman Salmanov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının sədri, dosent Tamilla Naibova isə sədrin müavini seçilib.

Sonda YAP-a yeni üzv olan gənclərə partiyanın vəsiqələri təqdim olunub.

Xəbər lenti