Dekabrın 21-23-də Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda “Regional inkişaf - rəqəmsal iqtisadiyyat” mövzusunda II Beynəlxalq İqtisadi Konfrans keçiriləcək.
Tehsil.biz xəbər verir ki, konfrans UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Ege Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçtərəfli razılıq əsasında baş tutacaq.
Konfransın məqsədi rəqəmsal iqtisadiyyatın regional inkişafa təsirinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yollarının geniş müzakirəsinin aparılmasıdır.
Konfransa təqdim olunmuş xülasə və tam mətnlər İKSAD İnstitutu tərəfindən indeksli toplularda yayımlanacaq. Həmçinin məqalələrin uyğun rəydən keçənləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilən “UNEC-in elmi xəbərləri” jurnalında çap ediləcək. Seçilmiş məqalələr “SCOPUS” və “Web of Science” bazalarına daxil olan jurnallara təqdim olunacaq.
Konfransda oflayn və onlayn iştirak etmək mümkündür.