Logo

“Qida kimyası” adlı dərslik nəşr olunub

28.09.2023 13:20 175 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru akademik Vaqif Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri professor Fariz Əmirli, NKPİ-nin laboratoriya müdiri, ADNSU-nun müəllimi dosent Zaur Ağamalıyev, Bakı Sağlamlıq Mərkəzində cərrah, mama-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Abbasova və Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, ADNSU-nun müəllimi biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyevanın yazdıqları “Qida kimyası” adlı dərslik çap olunub.

NKPİ-dən "Tehsil.biz"ə bildirilib ki, dərslik universitetlərdə qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin və magistrantların bu fənləri yaxşı mənimsəməsinə və dərindən öyrənməsinə, həm nəzəri, həm də təcrübi biliklər qazanmasına kömək edəcək.

Dərslik, həmçinin qida sənayesinin istənilən sahəsində süd və süd məhsulları, balıq və balıq məhsulları, ət və ət məhsulları, şərabçılıq, çörək və unlu qənnadı məmulatları istehsal edən müəssisələrdə, elmi-tədqiqat laboratoriyalarında, iaşə müəssisələrində mühəndis-texnoloq, qida təhlükəsizliyi üzrə menecer, laboratoriya mütəxəssisi və s. kimi vəzifələrdə çalışan işçilər tərəfindən də istifadə oluna bilər.

Xəbər lenti