Logo

BSU-nun Məktəb-Lisey Kompleksində Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

28.09.2023 12:13 270 baxış
IMG

Bakı Slavyan Universitetinin(BSU) Məktəb-Lisey Kompleksində (MLK) 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, məktəbdə şagirdlərin sıra düzülüşü ilə başlayan tədbirdə tarix müəllimi Adil Abdullayev Vətən müharibəsi və qazanılmış Zəfər barədə geniş məlumat verib.

Sonra tədbir məktəbin Akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru İlahə Carçıyeva bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, sərkərdəlik qabiliyyəti, diplomatik bacarığı və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində dövlətimiz öz suverenliyini tam təmin edib. Azərbaycanın ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının müqəddəs xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Sonra şagirdlər şeirlər səsləndiriblər, Vətən müharibəsini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarını əks etdirən videoçarxlar nümayiş olunub.

Xəbər lenti