Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov və Agentliyin kollektivi 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib, Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsini yad ediblər.
Bu barədə "Tehsil.biz"əə Agentlikdən məlumat verilib.
Ziyarətçilər tərəfindən Bakıda inşası davam etdirilən Zəfər parkının girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyulub.
Agentliyin rəhbərliyi və kollektivi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.